Türkiyənin hakim partiyasının nümayəndə heyəti Naxçıvana səfər edib.
“Füyuzat”ın “Report”a istinadən məlumatına görə, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşat Zorlunun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 12-də Naxçıvan Muxtar Respublikasına (MR) səfər edib.
Səfər çərçivəsində nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin Naxçıvanın baş meydanında ucalan abidəsini ziyarət edib.



