Xəbərlər

Səhnələşdirilən ilk Azərbaycan poetik dramı

Nəsimi – şeir, mənəviyyat və incəsənət festivalının ilk günündə Hüseyn Cavidin “İblis” əsərinin simfonik orkestr musiqiçilərinin və Azərbaycan Dövlət Pantomim Teatrının iştirakı ilə yeni təqdimatı olub.

“Füyuzat”ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Heydər Əliyev Mərkəzində nümayiş etdirilən yeni quruluşun baş rejissoru Azərbaycan Dövlət Pantomim Teatrının yaradıcısı və baş rejissoru, Xalq artisti Bəxtiyar Xanızadədir.

“İblis” səhnələşdirilən ilk Azərbaycan poetik dramıdır.

Sentyabrın 25-dək Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı ilə Bakı və Şamaxıda davam edəcək Nəsimi – şeir, mənəviyyat və incəsənət festivalı digər özəl təqdimatlarla da yadda qalacaq.