UNESCO siyahısında yer alan tarixi abidədən seçilmiş 96 əsər və onların nüsxələri Almaniyanın “Muzey adası”nda altı ay boyunca ziyarətçilərə təqdim olunacaq.
“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat verib.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi Berlində keçiriləcək sərginin Göbəklitəpənin qlobal miqyasda tanınmasını vurğuladığını bildirərkən şəhərin “Muzey adası” adlanan bölgəsindəki layihə ilə yanaşı, xaricdə başqa tədbirlərin də planlaşdırıldığını açıqlayıb. Türkiyənin cənub-şərqində yerləşən və UNESCO-nun Dünya İrsi Siyahısında olan Göbəklitəpə 2026-cı ildə 96 əsərdən ibarət xüsusi bir seçki ilə Almaniyada sərgilənəcək.
Türkiyə mədəniyyət və turizm nazirinin müavini Gökhan Yazğı “Anadolu Agentliyi”nə verdiyi açıqlamada, nazirliyin Göbəklitəpəni həm Türkiyədə, həm də xaricdə tanıtmaq üçün eyni vaxtda layihələr həyata keçirdiyini bildirib.
Sözügedən sərgi 2026-cı ilin fevralında açılacaq və altı ay müddətində ziyarətçilərin ixtiyarında olacaq.



