Xəbərlər

“The Avrasiya Universitetlərinin Sammiti”nin ikinci günündə panel müzakirələr davam edir

Elm və Təhsil Nazirliyinin dəstəyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Times Higher Education” beynəlxalq reytinq agentliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin ikinci günüdür.

“Füyuzat”ın məlumatına görə, tədbirin birinci günündə transmilli tədqiqatların qlobal təsiri, ali təhsilin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfəsi, Avrasiya universitetləri arasında əməkdaşlıq imkanları və beynəlxalq tələbə mobilliyi mövzularında panel müzakirələri aparılıb.

Qeyd edək ki, sentyabrın 24-də Elm və Təhsil naziri Emin Əmrullayev, “THE” Agentliyinin qlobal məsələlər üzrə baş direktoru Fil Bati, Con fon Neyman Universitetinin Müşahidə Şurasının sədri Norbert Csizmadia tədbirdə çıxış ediblər.