Xəbərlər

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Nazarbayev Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

24–25 sentyabr tarixlərində Bakıda keçirilən “Avrasiya Universitetlərinin Sammiti” çərçivəsində Elm və Ali təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttərova Qazaxıstanın Nazarbayev Universitetinin rektoru Vaqar Əhməd ilə görüşüb.

“Füyuzat”ın məlumatına görə, görüşdə elm və təhsil sahəsində ümumi əməkdaşlıq prespektivləri, birgə tədqiqat imkanlarının genişləndirilməsi, müəllim və tələbə mübadiləsinin təşkili, həmçinin universitetlərin qlobal rəqabət qabiliyyətinin artırılması məsələləri müzakirə olunub.

Tərəflər qarşılıqlı əməkdaşlığın regionda ali təhsilin beynəlmiləlləşməsi və yeni imkanların yaradılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıblar.