Xəbərlər

Bakı Ekspo Mərkəzində Həyati Təkin kitablarının təqdimat mərasimi olacaq

Oktyabrın 5-i Bakı Ekspo Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində tanınmış türk jurnalist, tarixçi-yazar Həyati Təkin “Tağıyev əslzadənin fövqündə” və “Qardaş köməyi” kitablarının təqdimatı olacaq.

“Füyuzat”ın məlumatına görə, tanıtım mərasimi saat 14:00-dan 15:45-dək “B.Vahabzadə” təqdimat zonasında baş tutacaq.

Qeyd edək ki, hər iki kitab MİMTA Yayımları tərəfindən nəşr olunub.

Siz də sevdiyiniz yazıçıdan imzalı kitab əldə etmək istəyirsinizsə, bu fürsəti qaçırmayın!