Xəbərlər

Humayun Sevincin “Xeyirxah milyonçu – H.Z.Tağıyev” kitabının təqdimat mərasimi keçirilib

Bakı Ekspo Mərkəzində keçirilən 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində uşaq yazarı Humayun Sevincin “Xeyirxah milyonçu – H.Z.Tağıyev” kitabının təqdimat mərasimi keçirilib.

Kitabın təqdimatı “B.Vahabzadə” təqdimat zonasında baş tutub.

Tədbiri giriş sözü ilə açan MİMTA Yayımlarının direktoru Əsəd Aslanoğlu maarifçilikdən, H.Z.Tağıyevin gördüyü işlərdən, zənginliklə milyonluğun tamamən fərqli anlayışlar olduğundan bəhs edib.

Qeyd edək ki, kitab MİMTA Yayımları tərəfindən nəşr olunub.

Tədbir çərçivəsində müəllif oxucuların suallarını cavablandırıb.

Sonda iştirakçılar MİMTA Yayımlarının stendində müəllifdən imzalı kitablar əldə ediblər.