Xəbərlər

Vüqar Adilin “Görünməyən gerçəklər” kitabının təqdimatı olub

Bakı Ekspo Mərkəzində keçirilən 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Vüqar Adilin “Görünməyən gerçəklər” kitablarının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan MİMTA Yayımlarının direktoru Əsəd Aslanoğlu Vüqar bəyin kitabda toplanmış yazılarından bəhs edərək yazıçıya suallar ünvanlayıb.

Müəllif yazı yazmağa necə başladığından, nə üçün yazıb-yaratdığından danışıb. Kitabda toplanmış əsərlərə, xüsusilə də “Təzadlarım” yazısına toxunub.

Tanıtım mərasimində oxucular müəllifə suallar ünvanlayıb.

Sonda iştirakçılar MİMTA Yayımlarının stendində müəllifdən imzalı kitablar əldə ediblər.

Kitabın təqdimatı “Ü.Hacıbəyli” təqdimat zonasında baş tutub.

Qeyd edək ki, kitab müəllifin “Füyuzat” və “İşıq” jurnallarında dərc olunan silsilə esse və şeirlərindən tərtib olunub.