Xəbərlər

Türkiyə və Gürcüstan hərbi tibb və təhsil sahəsində əməkdaşlıq Protokolu imzalayıb

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Gürcüstanın müdafiə naziri İrakli Çikovani Ankarada “Hərbi Tibb və Təhsil Sahəsində Əməkdaşlıq Protokolu” imzalayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə müdafiə nazirliyi “X”-da məlumat yayıb.

Görüş Türkiyə–Azərbaycan–Gürcüstan üçtərəfli müdafiə nazirləri toplantısı çərçivəsində baş tutub.