“Ukraynada münaqişənin kəskinləşməsinin və NATO dövlətlərinin bu münaqişədə iştirakının qarşısı alınmalıdır”.
“Füyuzat”ın məlumatına görə, bunu Bolqarıstan prezidenti Rumen Radev bildirib.
“Biz Ukraynaya kömək etməliyik, lakin təhlükəli eskalasiyaya və münaqişədə hamımızın iştirakına yol verməməliyik. Bu, bəşəriyyət üçün qabaqcadan görünməyən nəticələrlə qlobal toqquşma deməkdir”, – Radev söyləyib.
Bolqarıstan Prezidenti Şimali Atlantika müqaviləsinin əsas təminatlarından birini xatırladıb və deyib: “İttifaq ölkələri beynəlxalq mübahisələri BMT Nizamnaməsinə uyğun, sülh yolu ilə, təhlükəsizlik və ədaləti təhdid etməyən şəkildə həll etməlidirlər. Ona görə də bəzi liderlərin bəyanatlarını qəbul etmirəm ki, Ukraynaya ikitərəfli əsasda qoşun göndərməyin vaxtı çatıb”.