Xəbərlər

Gələn il Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

2026-cı ildə Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.

“Füyuzat”ın məlumatına görə, bunu mədəniyyət naziri Adil Kərimli “Mərkəzi Asiyada mənəvi irs və maarifçilik” beynəlxalq konqresində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən irəli sürülən Bakı prosesi çərçivəsində iki ildən bir keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal miqyasda əsas platformalardan biridir:

“VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bugünkü konqresin nəticələri, həmçinin regional və qlobal çağırışlar müzakirə ediləcək”.

Nazir konqres iştirakçılarını gələn il Bakıda keçiriləcək foruma dəvət edib.