Xəbərlər

Azərbaycanın Mərkəzi Asiya ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə ticarət dövriyyəsi 2025-ci ilin doqquz ayı ərzində 58 % artaraq 1 milyard ABŞ dollarını keçib.

“Füyuzat”ın “Report”a istinadən məlumatına görə, bu barədə Özbəkistan KİV-indən məlumatına verilib.

Məlumata əsasən, Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Daşkənddə regional ölkələrin, eləcə də Azərbaycanın ticarət və investisiya nazirlərinin ilk görüşündə bildirib.

Danışıqlar zamanı o, Bakının biznes üçün nəqliyyat infrastrukturunu inkişaf etdirməyə hazır olduğunu qeyd edib.

“Bu arteriyalar boyunca investisiya-logistika qovşaqları uğurla inkişaf edir. Bu da birgə müəssisələrin yaradılmasını stimullaşdırır.

Ümumiyyətlə, nəqliyyat infrastrukturunun birgə inkişaf etdirilməsi regional səviyyədə yeni artım nöqtələri formalaşdırır”, – E.Əliyev bildirib.