Xəbərlər

Paytaxtda qışa hazırlıqla bağlı müşavirə keçirilib

Qış mövsümünə hazırlıqla bağlı Bakının müxtəlif rayonlarında kommunal və təsərrüfat xidmətləri, idarə və təşkilatlar, təhsil müəssisələri və özəl sektor nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Report“ məlumat yayıb.

Bu müşavirələr qışa, xüsusilə də güclü qar yağmasına hazırlıq işlərinin vəziyyətini qiymətləndirmək məqsədi daşıyır.

İlk müşavirələr Sabunçu, Xətai və Nizami rayonlarında baş tutub. Toplantılarda BŞİH-nin şöbə müdirləri və şəhərin müxtəlif xidmət sahələrinin rəhbərləri iştirak ediblər. Hər rayon üzrə məsul şəxslər təyin olunub və onlar yerli icra nümayəndələri ilə birlikdə qış mövsümünə hazırlıq, verilmiş tapşırıqların icrası və görülən işlərin gedişatını yerində araşdırıblar.