ABŞ Qazaxıstanın neft ixracı üçün əsas neft kəməri olan Xəzər Boru Kəməri Konsorsiumuna (CPC) sanksiyaları ləğv edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
Qazaxıstan mətbuatının ABŞ-ın Xarici Aktivlərə Nəzarət İdarəsinə (OFAC) istinadən verdiyi xəbərə görə, ABŞ daha əvvəl əməliyyatlara mane olan Xəzər Boru Kəməri Konsorsiumu və Qazaxıstanın ən böyük neft yataqları olan Tengiz və Karaçıqanak neft yataqlarına qarşı sanksiyaları ləğv edib.
OFAC tərəfindən verilən yeni lisenziya indi yalnız CPC, Tengiz və Qaraçıqanak neft yataqları ilə bağlı əməliyyatlara icazə verir.



