Fransa hüquq-mühafizə orqanları martın 31-də Fransada qeyd olunan Pasxa bayramına qarşı hücum planlaşdırmaqda şübhəli bilinən şəxsi saxlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə hökumət sözçüsü Priska Thevenot məlumat verib.
Hökumət sözçüsü bildirib ki, 2017-ci ildən bəri respublikada 45 terror aktının qarşısı alınıb.
Qeyd edilib ki, kəşfiyyat xidmətləri terror aktlarının təşkili, onların maliyyələşdirilməsinin qarşısının alınması, həmçinin hücumları planlaşdıranların saxlanılması istiqamətində işləyir.