Xəbərlər

ANAİB IV Gəncə Kitab Sərgisi keçirilir

Noyabrın 21-də “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB), Mədəniyyət Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə–Daşkəsən Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasının Urban mərkəzində IV Gəncə kitab sərgisinin açılışı olub.

“Füyuzat”ın məlumatına görə, ölkənin aparıcı nəşriyyatları, sevilən yazıçıları və tanınmış ictimai xadimlərinin iştirakı ilə həyata keçirilən sərgidə yüzlərlə yeni kitab, müxtəlif təqdimatlar, müəllif görüşləri və uşaqlar üçün maraqlı proqramlar təqdim olunacaq.

IV Gəncə kitab sərgisində “MİMTA Yayımları”nın stendində “Füyuzat” və “İşıq” dərgiləri, həmçinin “YAZ Yayımları” oxuculara təqdim olunur. Onu da qeyd edək ki, sərgi çərçivəsində ziyarətçilər MİMTA Yayımları, həm də “Füyuzat”dan kitablar silsiləsinə daxil olan kitablarla tanış ola biləcəklər.

Sərgi üç gün davam edəcək.