Noyabrın 25-də Azərbaycan Dəmiryol Muzeyində “Yaşıl qatar” adlı ilk müasir incəsənət sərgisi açılıb.
“Füyuzat” xəbər verir ki, “Yaşıl qatar” dəmir yolunu yaddaş, əlaqə və ekoloji transformasiya məkanı kimi araşdıran rəssamları bir araya gətirir.
Sərgi qatarı sənaye infrastrukturu kimi deyil, şəxsi hekayələri və gələcək perspektivləri daşıyan canlı bir metafora kimi təqdim edir.
Qeyd edək ki, sərgi bazar ertəsi istisna olmaqla, hər gün ziyarətçilər üçün açıqdır.



