Xəbərlər

ANAİB V Sumqayıt Kitab Sərgisi keçirilir

Bu gün “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB), Mədəniyyət Nazirliyi, Azxərbqaycan Respublikası Mədəniyyət Nazirliyi və Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən V Sumqayıt Kitab Sərgisinin ilk günüdür.

Sərgi yüzlərlə kitab, müəllif və nəşriyyatı eyni məkanda toplayaraq hər kəsə ədəbiyyatla dolu üç gün yaşatmağı hədəfləyir.

Sərgi boyunca yeni kitablarla tanış olmaq, müəlliflərlə söhbət etmək, imza günlərində iştirak etmək və kitabın ətrafında formalaşan canlı mühiti hiss etmək imkanı olacaq.

Sərgi saat 10:00-dan 19:00-dək açıqdır və sərgiyə giriş ödənişsizdir.

Qeyd edək ki, sərgi dekabrın 7-dək davam edəcək.