Dünyanın ən prestijli musiqi səhnələrindən biri olan “Avroviziya”dan 2026-da daha 4 ölkə imtina edəcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə ölkələrin tv kanalları məlumat yayıb.İspaniya, Niderland, Sloveniya və İrlandiya “Avropa Yayım Birliyi”nin son iclasında bəzi səsvermələrdə iştirak etdikdən sonra, səsvermə nəticələrinə əsasən, 1 illik müsabiqədəki iştiraklarını dondurublar.
Əsas səbəb yarışın illər keçdikcə daha da siyasiləşməsidir.
Onu da qeyd edək ki, iştirakını donduran ölkələrin siyahısının artacağı istisna edilmir.



