Xəbərlər

Həftənin seçilmiş şeiri – Keçiddəki adamın şəhadəti

“Fuyuzat.az” saytı olaraq “həftənin seçilmiş hekayəsi”, “həftənin seçilmiş məqaləsi”, “həftənin seçilmiş şeiri” layihəsində sizləri salamlayırıq, əziz oxucular. Bu “Həftənin şeiri” nominasiyası üzrə seçilən əsər Səlim Babullaoğlunun “Keçiddəki adamın şəhadəti” şeiridir. Xoş mütaliələr!

Biz hətta qaranlıq olmayan keçidlərdən,
yollardan keçəndə belə qorxumuzu özümüzlə aparırıq;
bunu yalnız Sən bilirsən,
çünki Sən həmişə bizimləsən,
çünki Sən bir az da qorxunun özüsən.

Biz istəsək belə, kölgəmizi tapdaya bilmərik,
biz kölgəmiz itənə qədər gedənlərik.
Nə qədər? Bunu yalnız Sən bilirsən…

Foto: İlyas Göçmən