Cammu və kəşmirli Ağa Qızılbaş ailəsinə mənsub olan hüquqşünas Ağa Faysal Əli Qızılbaşla söhbətimiz zamanı Məhəmməd Əli Cinnahın onların ailəsinə etdiyi tarixi ziyarət və həmin səfərlə bağlı foto haqqında az bilinən, ancaq son dərəcə maraqlı faktlar öyrəndim. Bu məlumatları sizlərlə də paylaşmaq istəyirəm.
İlk növbədə bu dəyərli tarixi məlumatları mənimlə bölüşdüyü üçün Ağa Qızılbaş ailəsinə, xüsusilə əziz dostum Ağa Faysal Əli Qızılbaşa təşəkkür edirəm. Eləcə də fotonun orijinal nüsxəsini təqdim etdiyi üçün Pakistanın qədim və məşhur “Bhattis Photography” şirkətinə minnətdarlığımı bildirirəm. Sözügedən foto bu tanınmış fotoşirkətin təsisçisi mərhum Buxş Bhatti tərəfindən çəkilmişdir. Hazırda fotonun orijinal nüsxəsi “Bhattis Photography&Cinematography” şirkəti, xüsusilə Şahrux Bhatti və Şahzeb Bhatti cənabları tərəfindən əldə edilmişdir. Hər birinə xüsusi təşəkkürlərimi bildirirəm.
Əvvəlcə fotodakı şəxslərin kim olduqlarını qeyd edim; adları və fəaliyyətləri aşağıda rəqəmlərlə göstərilib:
1. Xan Bahadur Ağa Seyid Hüseyn Takur – o, Kəşmirin daxili işlər və hüquq naziri olmuşdur. Onun ana babası Ağa Məhəmməd Baqir Qızılbaş Cammu və Kəşmir Maharacasının baş həkimi idi. Xan Bahadur, Seyid Ağa Əhməd və Bəgüm Zəfər Əlinin atası olmuşdur.
Vahid İbayev
Araşdırmaçı



