Xəbərlər

Rayonlarda yağıntı intensivləşəcək, yollar buz bağlayacaq

Azərbaycanın rayonlarında yanvarın 9-u gündüzdən 10-u axşamadək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir.

“Füyuzat”ın məlumatına görə, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur. Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı gözlənilir.