Xəbərlər

Rusiya: ABŞ və Britaniyanın zərbələri Yəməndə sivil məskunlaşmaya zərər vurub

“ABŞ və Böyük Britaniyanın Yəmən ərazisinə endirdiyi zərbələr qəbuledilməzdir, onlar Yəməndaxili yaşayış məntəqələrinə ziyan vurur”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski BMT Təhlükəsizlik Şurasının iclasında deyib.

“ABŞ və Böyük Britaniyanın rəhbərlik etdiyi koalisiyanın Yəmən ərazisinə həftəlik hücumları dağıdıcı rol oynayır. Biz bir daha bildiririk ki, ABŞ-ın rəhbərlik etdiyi Qərb koalisiyasının raket və bombalı hücumları Təhlükəsizlik Şurasının 2722 saylı qətnaməsi və BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən qəbuledilməzdir”, – deyə Polyanski qeyd edib.

“Bu cür hərəkətlər Yəməndaxili məskunlaşmaya zərər vurur, beynəlxalq və regional vasitəçilərin səylərini sarsıdır”, – o əlavə edib.