Milli Kitabxanada görkəmli ədib, böyük maarifçi İsmayıl bəy Qutqaşınlının anadan olmasının 220 illik yubileyi münasibətilə “İsmayıl bəy Qutqaşınlı – 220” və Azərbaycanın görkəmli tarixçisi, Əməkdar elm xadimi Sara xanım Aşurbəylinin anadan olmasının 120 illik yubileyi münasibətilə “Əməkdar elm xadimi Sara Aşurbəyli – 120” adlı kitab sərgiləri istifadəçilərə təqdim olunub.
“Füyuzat” xəbər verir ki, kitabxanadan bildirilib ki, “İsmayıl bəy Qutqaşınlı – 220 ” adlı kitab sərgisində ədibin əsərləri, həyatı, ictimai fəaliyyəti və ədəbi irsi haqqında ədəbiyyatlar sərgilənir.
“Əməkdar elm xadimi Sara Aşurbəyli – 120” adlı kitab sərgisində isə alimin əsərləri, fundamental elmi tədqiqatları, həyat və yaradıcılığı haqqında ədəbiyyatlar yer alır.




