Xəbərlər

Kanada Aİ-nin Ermənistandakı missiyasına qoşulub

Kanada Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyasına qoşulub.

“Füyuzat”ın məlumatına görə, bu barədə missiyanın “X” səhifəsində bildirilib.

“Şadıq ki, kanadalı ekspert Aİ-nin Ermənistandakı missiyasına qoşularaq Kanadanın Aİ missiyalarında iştirak ənənəsini davam etdirir”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, 2023-cü ilin iyulunda Kanadanın xarici işlər naziri Melani Coli bu ölkənin Aİ-nin Ermənistandakı missiyasında iştirak edəcəyini açıqlamış, onların missiyaya üçüncü tərəf kimi qəbul olunduğunu bildirmişdi.