Xəbərlər

“Gəncliyin işıqlı notları” konsert proqramı keçirilib

2 fevral Gənclər Günü ilə əlaqədar paytaxtda konsert proqramı həyata keçirilib.

Bu tarix 1997-ci ildə Heydər Əliyevin sərəncamı ilə təsdiq edilib və MDB məkanında, eləcə də Şərqi Avropada ilk dəfə məhz Azərbaycanda təsis olunub. Bakı şəhəri 36 nömrəli Uşaq Musiqi məktəbinin müəllim kollektivi “Gəncliyin işıqlı notları” adlı konsert proqramı ilə Milli İncəsənət Muzeyində çıxış edib. Proqramda azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri ifa olunub.

Sonda məktəbin direktoru Raminə Ağayeva çıxış edərək bütün müəllim kollektivini təbrik edib, gənc istedadların gələcəyinin əmin əllərdə olduğunu vurğulayıb.