İsraildə yerləşən “Veytsman” Elm İnstitutunun alimləri insan ömrünün uzunluğuna genlərin təsirini araşdırıblar. Araşdırmaya görə, insan ömründəki fərqlərin təxminən 55 faizi genetik amillərlə bağlıdır. Bu göstərici əvvəlki tədqiqatlarda göstərilən 20–25 faizdən xeyli yüksəkdir.
“Füyuzat” xəbər verir ki, bu araşdırma “Science” jurnalında dərc olunub.
Tədqiqat çərçivəsində minlərlə əkiz və ayrı böyüyən bacı-qardaşların məlumatları analiz edilib. Alimlər ölüm səbəblərini daxili (genetik və qocalma ilə bağlı) və xarici (qəza, infeksiya və s.) amillərə ayıraraq nəticələri qiymətləndiriblər.
Mütəxəssislər bildirir ki, bu nəticələr uzunömürlülüklə bağlı genlərin araşdırılması və qocalma prosesinin daha yaxşı başa düşülməsi üçün yeni imkanlar yaradır.



