Xəbərlər

Adil Kərimli: Azərbaycanda mədəniyyət daha geniş məfhum kimi təqdim edilir

Mədəniyyət sahəsində çoxşaxəli sistemli fəaliyyət həyata keçirilir.

“Füyuzat” xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Bakıda keçirilən “LEGIS” Beynəlxalq Hüquq Forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycan mədəniyyəti zəngin tarixə malikdir:

“Azərbaycan dövləti müasir çağırışlara uyğun olaraq mədəniyyətə yeni baxış ifadə edib. “Azərbaycan Mədəniyyəti-2040″ Konsepsiyası bizim üçün vacibdir. Bu sənəd təkcə nazirliyə yox, bütün cəmiyyətə aiddir. Ən vacibi odur ki, Azərbaycanda mədəniyyətə fərqli bir baxış ortaya qoyulub və mədəniyyət daha geniş bir məfhum kimi təqdim olunur”.

A.Kərimli eyni zamanda hüquqi sənədlərdə Azərbaycan dilinin qaydalarına riayət edilməsinin zəruri olduğunu vurğulayıb.