Xəbərlər

Çin: Ukrayna böhranından yeganə çıxış yolu danışıqlardır

“Çin Ukrayna münaqişəsinin bütün maraqlı tərəflərlə sülh yolu ilə həlli üzrə dialoqu dəstəkləyir və danışıqların mövcud böhranın həllinin yeganə yolu olduğuna inanır”.

“Füyuzat”ın məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Jian söyləyib.

“Çin bu məsələdə bütün maraqlı tərəflərlə, o cümlədən Almaniya ilə sıx əlaqə saxlamağa hazırdır. İstənilən münaqişə son nəticədə diplomatiya və siyasi danışıqlar yolu ilə həll edilməlidir. Ukrayna böhranından yeganə çıxış yolu həm də danışıqlar masası arxasındadır”, – o bildirib.

“Çin böhranın sülh yolu ilə həllinə kömək etmək üçün bütün səyləri təşviq edir və dəstəkləyir, həmçinin Rusiya və Ukraynanın bərabər şərtlərlə sülh yolu ilə irəliləməsi üçün bütün ədalətli variantları müzakirə edə biləcəyi beynəlxalq sülh konfransının vaxtında çağırılmasını dəstəkləyir”, – Jian qeyd edib.

İsveçrə prezidenti Viola Amherd aprelin 10-da Berndə keçirdiyi mətbuat konfransında bildirib ki, bu ilin iyununda ölkə Ukrayna ilə bağlı konfrans keçirəcək.

İsveçrənin RTS telekanalının məlumatına görə, Ukrayna ilə bağlı konfrans iyunun 15-16-da İsveçrənin mərkəzində yerləşən Bürgenstokda keçiriləcək.

Qeyd edək ki, Rusiya diplomatik missiyası İsveçrə hakimiyyətinin Rusiyaya Bürgenstokda keçiriləcək konfransa dəvət göndərmədiyini bildirib.