Xəbərlər

Yaxın aylarda ekranlara Vətən müharibəsi mövzusunda filmlər çıxacaq

Yaxın aylarda biz bir neçə yeni filmlə tamaşaçıların zövqünü oxşamağa çalışacağıq. Böyük ekranlara yeni, o cümlədən də Vətən müharibəsi mövzusunda filmlər çıxacaq.

“Füyuzat”ın məlumatına görə, bunu Mədəniyyət nazirinin müavini Səadət Yusifova Milli Məclisin Mədəniyyət komitəsinin martın 6-da keçirilən iclasında çıxışı zamanı deyib.

Nazir müavini, həmçinin qeyd edib ki, kino sahəsində dəyişikliklər göz önündədir, irəliləyiş var.