Xəbərlər

Türk Dünyasının gənc alimləri Azərbaycanda bir araya gəlir

II Beynəlxalq Türk Dünyası Gənc Akademiklər Konqresi 10-13 may 2026-cı il tarixlərində Azərbaycanın ev sahibliyi ilə keçiriləcək.

“Füyuzat”ın məlumatına görə “Keçmişin Mirası, Gələcəyin İnşası” şüarı altında baş tutacaq bu mötəbər tədbir Türk dünyasının müxtəlif ölkələrindən olan gənc tədqiqatçıları və elm xadimlərini bir araya gətirəcək.

Geniş tərəfdaşlıq və akademik zənginlik Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Yunus Əmrə İnstitutunun dəstəyi, həmçinin 6 ölkədən 30 qurum və müxtəlif universitetlərin tərəfdaşlığı ilə təşkil olunan konqresdə geniş spektrli elmi mövzular müzakirə ediləcək.

Proqrama aşağıdakı sahələr daxildir:Humanitar və sosial elmlər: Dil və ədəbiyyat, sosiologiya, felsefə, psixologiya, hüquq, siyasi elmlər;İqtisadiyyat və idarəetmə: Beynəlxalq münasibətlər, maliyyə əməkdaşlığı; Dəqiq və tətbiqi elmlər: Fen və riyaziyyat, mühəndislik, səhiyyə;Mədəniyyət və idman: İlahiyyat, incəsənət, tarix və idman elmləri.

İlki Ankarada, ikincisi isə Daşkənddə keçirilən konqresin əsas qayəsi Türk dünyası universitetlərini və gənc alimlərini vahid elmi platformada birləşdirməkdir. Bu çərçivədə bir sıra kritik mövzular müzakirə ediləcək: Regional təhlükəsizlik və sülh siyasəti; Enerji dəhlizləri və enerji diplomatiyası; Süni intellekt, kiber-təhlükəsizlik və innovasiyalar; İqlim dəyişikliyi ilə mübarizə və ortaq texnoloji layihələr.

Müraciət üçün son tarix:

Konqresdə iştirak etmək istəyən gənc akademiklər 20 aprel 2026-cı il tarixinə qədər www.tdgak.com internet ünvanı vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, bu tədbir Türk dövlətləri arasında elmi əməkdaşlığın gücləndirilməsi və gələcəyin strateji hədəflərinin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.