Xəbərlər

Azərbaycan və Türkiyə süni intellekt sahəsində əməkdaşlığı nəzərdən keçirib

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Türkiyə Prezidentinin İnvestisiya və Maliyyə Ofisinin nümayəndələri, eləcə də Türkiyənin maliyyə və bank sektorunda təmsil olunan nüfuzlu şirkətlərin rəhbər şəxsləri ilə görüşüb.

Bu barədə “Füyuzat” AZƏRTAC-a istinadən məlumat verib.

Məlumata görə, görüş zamanı rəqəmsallaşma, süni intellekt və innovativ maliyyələşmə sahəsində Azərbaycanda görülmüş işlər barədə məlumat verilib, gələcək əməkdaşlıq imkanları müzakirə olunub.