Ədəbiyyat Xəbərlər

Olmasam da mən

Sibiryadan yazılmışdır.

Millətimdən çəkmərəm əl, xarü-zar olsam da mən,
Dönmərəm əzmimdən, hərgiz tarümar olsam da mən.

Tərd edildimsə vətəndən, məqsədim tərd olmadı
Tərki-məqsəd etmərəm, məhkumi-dar olsam da mən.

Kainat ilə dəyişməm millətin ən acizin,
Ac, susuz, miskin qalıb, biqəmküsar olsam da mən.

Sevdiyim birşey var isə, ol da “millət” ləfzidir,
Eylərəm ol ləfzə səcdə, parəpar olsam da mən.

Öylə məftunam ki, o ismi-pakə kim, Allah bilir,
Başımın tacı olar, gər hökmüdar olsam da mən.

Baxmaram təni-rəqibə, xidmətindən doymaram,
Sevgilimdir, sevgilimdir, şəhriyar olsam da mən.

Aşiqi-dildadəyəm, Leylayi-nami-millətə, Dostlar!
Ondan bilin məcnunmədar olsam da mən.

Zahidin təkfirini imanına sildi bu ad,
Gər mühəddislərara, bietibar olsam da mən.

Çünki ismi-əzəm Allahdır, ol ismi-pak
Dini-məzhəbdir mənə, kafərşüar olsam da mən.

Öylə əzmimdə mətinəm, heç unudmam bir zaman
Nami-pak milləti, zibi-məzar olsam da mən.

Əliabbas Müznib

Mənbə: “Dirilik” məcmuəsi, №14, 1915