Ədəbiyyat Xəbərlər

Görsən, üşüyürsən, yandır özünü – Qulu Ağsəs

Bu gün “Ulduz” jurnalının baş redaktoru, tanınmış şair Qulu Ağsəsin doğum günüdür. Bu münasibətlə şairin insan ruhuna toxunan misralarını Fuyuzat.az oxucularına təqdim edirik:

Görsən ki, qaranlıq çökür aləmə,
Görsən ki, axşamdı…
fikir eləmə.     

Bir uçuq yuxudu gecənin boyu
Nə qədər imkan var
rahatlan, uyu…

Qəflətən bir çağa salar hay-həşir
Səhər – körpəsidi doğan Günəşin.
Onu ovutmağa tələsər hamı,
Beləcə, salarlar yenə axşamı.
Təzədən qaramat basar dünyanı,
Hanı doğan Günəş?
körpəsi hanı?

…Görsən, hər tərəfdən əlin üzülür,
Görsən, üşüyürsən…
yandır özünü…