Ədəbi üfüqləri genişləndirən “İşıq” dərgisinin 125-ci sayı işıq üzü görüb.
Yeni sayda baş redaktor Sədaqət Qəhrəmanovanın “Baş redaktordan” yazısı ilə bərabər, müxtəlif zövqlərə xitab edəcək rəngarəng hekayələr, poetik şeirlər, müsahibələr, maraqlı esse və araşdırma yazıları yer alıb.
Oxucular bu nömrədə Könül Bünyadzadənin “Qadın – miflərdən günümüzə”, Minaxanım Təkləlinin “Praskovya imperator sarayında”, Eyvaz Eminalıyev və Türkan Həsənovanın “Baninin həyat yolu” başlıqlı məqalələri, Nuray Nəzərovanın Şəhid Mərhəmət Əhmədovun anası ilə müsahibəsi, Fidan Vahidin Mətanət Vahidlə ədəbi söhbəti və Həcər Rövşənin rəsssam Ləman Maliklə müsahibəsi ilə tanış ola bilərlər.
Yeni sayda həmçinin Şəfəq Sultan Əlixanlının “Qızım mənim”, Umayın “Unudulmayan sükut: sədaqət” silsilə esseləri, Ləman Vahidin “Çiçək olmaq istəyirəm, ay ana” başlıqlı miniatürü, Aygün Sətdarqızının “Sən yaşa ki…” şeiri, Zöhrə Fərəcovanın “Ailəsinin pərvanəsi” adlı bədii yazısı, Günel Natiqqızının “Məni xatırlayın təbəssümlə”, Heyran Cavadovanın “İncə ruhun tarixindəki işıq” esseləri , Gülçin Süleymanovanın “Texnologiya və qadın”, Ayhan Ağarzayevin “Multikultural ailə mühitində qadın”, Şəmsi Qocanın “Güllələnən dərdin poeziyası” adlı məqalələri də yer alıb.
Dərgini Zahid Xəlilov küçəsi 43 ünvanında yerləşən “Litera” kitab evindən əldə edə bilərsiniz. Qeyd edək ki, dərgiyə (+994 12) 433 22 94/95, (+994 55) 360 55 99, (+994 70) 360 55 99 əlaqə nömrələri vasitəsilə abunə ola bilərsiniz.
Xoş mütaliələr!



