Aprelin 25- də “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi, Sabunçu Rayon İcra Hakimiyyəti və Hədəf Şirkətlər Qrupunun birgə təşkilatçılığı ilə “Oxu Günü – 11 Kitab Festivalı”nın təntənəli açılış mərasimi keçirilib. Festivalda ölkənin digər nəşriyyatları ilə yanaşı, MİMTA nəşriyyatı da geniş kitab seçimi ilə təmsil olunur.
“Füyuzat” xəbər verir ki, tədbir dövlət himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin yad edilməsi ilə başlayıb. Açılış mərasimi çərçivəsində “Atəşgah” rəqs qrupunun çıxışı, pantomim səhnəciklər və musiqili proqramlar iştirakçılar tərəfindən maraqla qarşılanıb. Həmçinin mütaliənin təbliği məqsədilə ənənəvi “Gəlin birgə oxuyaq!” fləşmobu təşkil olunub.
MİMTA nəşriyyatı festival çərçivəsində öz stendində oxuculara müxtəlif mövzularda nəşrlərini təqdim edir. Ziyarətçilər nəşriyyatın stendinə yaxınlaşaraq yeni kitablarla tanış ola bilərlər.
Qeyd edək ki, 30-dan çox nəşriyyat və kitab mağazasının iştirak etdiyi festival 26 aprel tarixinədək davam edəcək. Proqrama imza günləri, panel müzakirələr və nağıl saatları daxildir.





