Xəbərlər

“Gülsək üzü göylərə” şeir kitabının təqdimat mərasimi keçirilib

Mayın 2-də “Litera” kitab evində şair, yazıçı və tərcüməçi Zahid Sarıtorpağın MİMTA Yayımları tərəfindən nəşr olunan “Gülsək üzü göylərə” şeirlər kitabının təqdimat mərasimi keçirilib.

Mərasim Sərxan Rüstəmovun moderatorluğu ilə baş tutub.

Təqdimatda çıxış edən araşdırmaçı-yazar Muxtar Cəfərli meəllifin şeirlərindəki fəlsəfi-irfani dərinliyə toxunub, üslubunun özünəməxsusluğu ilə bağlı fikirlərini bölüşüb.

Müəllifin qələm dostları – yazıçı Həcər Paşayeva, gənc şair Mir Kamil, Elçin Məmmədov, Ayaz Arabaçı, İlham Zeynallı, İqbal Həsənzadə və başqaları kitab haqqında fikirlərini bölüşüb, Zahid Sarıtorpağın yaradıcılığından nümunələr səsləndiriblər.

Sonda müəllif oxucular üçün kitablar imzalayıb.