Xəbərlər

Müasir uşaq ədəbiyyatındakı tendensiyalar mövzusunda seminar keçirilib

V UşaqKitab Festivalı çərçivəsində “Müasir uşaq ədəbiyyatındakı tendensiyalar: Hans Xristian Andersen Mükafatından nümunələr” mövzusunda seminar keçirilib.

“Füyuzat” xəbər verir ki, seminarı Hans Kristian Andersen Mükafatı üzrə Münsiflər Heyətinin prezidenti Şirin Kreydieh deyib.

Seminarda dünya ədəbiyyatında uşaq kitablarının bugünkü janrları, nəşr prosesində yeniliklər və s. mövzulardan bəhs açılıb. Müasir dövr uşaq kitablarında illüstrasiya stilləri barədə geniş məlumat verilib. Vizual elementlərin uşaqlara təsiri barədə müzakirələr aparılıb.

Məlumatlandırıcı görüşdə Azərbaycan Nəşriyyatları Assosiasiasına üzv olan naşirlər, ədəbiyyat təmsilçiləri, illüstratorlar, yazarlar, tərcüməçilər və oxucular iştirak ediblər.

Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.