“Füyuzat” dərgisinin yeni sayı oxucuların ixtiyarına verilib. 148-ci say “Redaksiyadan” başlıqlı təqdimat yazısı ilə açılır və bir-birindən maraqlı ədəbi, fəlsəfi və publisistik məqalələrlə yadda qalır.
Dərginin bu sayında Nuridə İsmayılın “Vahabzadənin ədəbi-tənqidi görüşləri” adlı araşdırması, Əli Ağaoğlunun “Kainat nədir?” başlıqlı fəlsəfi essesi, Göyərçin Abidqızının “Viktor Hüqoya gecikmiş cavab” adlı açıq məktubu, eləcə də Əliabbas Müznibin “Dirilik” məcmuəsindən Vüqar Mirzə tərəfindən transliterasiya olunmuş “Müvəffəqiyyət etiqada bağlıdır” yazısı yer alıb.
Bununla yanaşı, oxucular bu sayda Zahid Sarıtorpağın “Gülsək üzü göylərə” şeiri, Muxtar Cəfərlinin “Mərhəmət bəstəsi” məqaləsi, Ülviyyə Rəhmanın “Qarabağ ədəbi mühitinin yetirməsi”, Fidan Vahidin “Milli yaddaş və tale sorağında nəsr” araşdırmaları, Loğmanın “Bir göz yumu” bədii yazısı, Nəzrin Rəsulzadənin “Kitabın metafizikası” essesi və Səma Öztürkün “Çinçin” hekayəsi ilə də tanış ola bilərlər.
“Füyuzat”ın yeni sayını müxtəlif kitab evlərindən əldə etmək mümkündür. Dərginin elektron versiyası isə litres.az platformasında oxucular üçün əlçatandır. Həmçinin xüsusi keçid vasitəsilə jurnalın illik abunəliyindən yararlanmaq mümkündür.
Xoş mütaliələr!



