Xəbərlər

Fransada türk mədəniyyətini tanıdan “Festiv’Alp” festivalı təşkil olunub

Fransanın Annemas şəhərində türk mədəniyyəti və mətbəxinə həsr olunmuş “Festiv’Alp” adlı mədəni festival təşkil olunub.

“Füyuzat“ın məlumatına görə, festival İsveçrə sərhədinə yaxın yerləşən və Yuxarı Savoya bölgəsinə aid olan bu şəhərdə hər iki ölkədə yaşayan türk icmasının üzvlərini, yerli seçkili nümayəndələri və müxtəlif ictimai birliklərin təmsilçilərini bir araya gətirib.

Tədbir çərçivəsində türk ənənəvi musiqisi konsertləri, folklor rəqsləri, türk mətbəxinin məşhur nümunələrinin təqdim olunduğu kulinariya guşələri, eləcə də əl işləri və sənətkarlıq sərgiləri təşkil edilib. Festival proqramında uşaqlar üçün xüsusi fəaliyyətlər də yer alıb.

Sərhədin hər iki tərəfindən gələn iştirakçıları bir araya gətirən festivalın əsas məqsədi Cenevrə hövzəsi regionunda türk icması ilə yerli əhali arasında mədəni mübadiləni və birgəyaşayış dəyərlərini təşviq etmək olub.