Xəbərlər

Tanınmış tarzən Sahib Paşazadə Özbəkistanda mükafatlandırılıb

Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, tanınmış tarzən, Özbəkistanın mədəniyyət səfiri Sahib Paşazadə Özbəkistan Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Ziyoli Avlod” Mədəniyyət və Təhsil Mərkəzi tərəfindən təltif edilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Muğam Mərkəzindən məlumat verilib.

Məlumata əsasən, Əməkdar artist bu təltifə Özbəkistanla mədəni və təhsil sahəsində göstərdiyi xidmətlərə görə layiq görülüb.

Mərkəzin direktoru Ənvər Xojinazarov tarzənə “Ziyali Avlod – Millat İftixorı” medalını təqdim edib. Mükafatlandırma mərasimində hər iki mərkəzin rəhbərləri gələcəkdə daha sıx əməkdaşlıq etmək və birgə memorandum imzalamaq barədə razılığa gəliblər.

Sahib Paşazadə öz növbəsində sənətinə və xidmətlərinə göstərilən diqqətə görə mərkəzin rəhbərliyinə təşəkkür edərək Ənvər Xojinazarovu Azərbaycana səfərə və Beynəlxalq Muğam Mərkəzini ziyarətə dəvət edib.