Xəbərlər

Türk dünyası Bakıda –VI Türk dünyası ədəbiyyat və kitab festivalı

VI Türk dünyası ədəbiyyat və kitab festivalının dördüncü günü start götürüb.

“Füyuzat”ın məlumatına görə, festivalın bu günü “Macarıstan və Şimali Kipr”ə, ümumilikdə həmin ölkələrin ədəbiyyatına həsr olunub. Bakı Avrasiya Universitetinin kafedra müdiri Elmira Kekeçin (Məmmədova) moderatorluğu ilə keçirilən tədbirdə macar, türk, Şimali Kipr ədəbiyyatı müzakirə edilib, nümunələr səsləndirilib.

Xatırladaq ki, VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində müxtəlif müəlliflərin təqdimatları və oxucularla görüşləri davam edir.

Qeyd edək ki, festivalın ilk günü Azərbaycan–Türkiyə, ikinci günü Özbəkistan–Türkmənistan, üçüncü günü Qazaxıstan–Qırğızıstan, dördüncü günü Macarıstan–Şimali Kipr Türk Respublikası, sonuncu günü isə Türk Dünyası – Yunus Əmrə günü adlandırılıb.

Festival mayın 26-dək davam edəcək.