Xəbərlər

Rafael Hüseynov: Türk dünyası nümayəndələrinin bir araya gəlməsi bu çağırışın nə qədər güclü olduğunu göstərir

Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə artıq aylardır Azərbaycanda konfranslar, simpoziumlar, elmi müzakirələr təşkil olunur. Həmin tədbirlərdə Türk dünyasının müxtəlif ölkələrindən alimlər, tədqiqatçılar və elm adamları iştirak edir, fikir mübadiləsi aparırlar.

“Füyuzat” xəbər verir ki, bunu Milli Məclisin sədr müavini akademik Rafael Hüseynov iyunun 29-da Heydər Əliyev Mərkəzində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, burada Türk dünyasının müxtəlif ölkələrindən nümayəndələrin bir araya gəlməsi, ortaq dəyərlər ətrafında birləşməsi bu çağırışın nə qədər güclü olduğunu bir daha göstərir.