Bakıda Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində mövzuya dair süni intellekt əsaslı qısametrajlı film nümayiş olunub.
“Füyuzat”ın məlumatına görə, filmdə Birinci Türkoloji Qurultayına qədərki dövr və qurultayın keçirilməsi tarixinə baxış öz əksini tapıb.
“Ailəmiz – Türk dünyası” sloqanlı filmdə türk dövlətlərinin və xalqlarının qədim tarixinə də toxunulub.



