Xəbərlər

Türk alim: Ortaq mədəniyyətimizi gücləndirmək üçün mühüm imkanlarımız var

Türk xalqları arasında qarşılıqlı mədəni əlaqələr bu gün Azərbaycan və Türkiyə ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Türkmənistan və Qırğızıstan istiqamətində də getdikcə genişlənir. Bizim ortaq dilimiz, ortaq mədəniyyətimiz var və bu birliyi daha da gücləndirmək üçün mühüm imkanlarımız mövcuddur.

“Füyuzat” AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri türkiyəli alim-jurnalist Aysel Sadak İltaş bildirib.

O qeyd edib ki, Azərbaycanın qədim mədəniyyəti və bu günədək qoruyub saxladığı milli-mənəvi dəyərlər türk kimliyinin bariz nümunəsidir: “Azərbaycan mədəniyyəti hər zaman yüksək qiymətləndirilir. İnsan münasibətlərindən tutmuş sosial həyata qədər zəngin mədəni ənənələr və dəyərlər burada özünü aydın şəkildə büruzə verir”.