Xəbərlər

Sumqayıtda vətəndaş qəbulu keçirilib

İyulun 10-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Sumqayıtda vətəndaşları qəbul edib.

“Füyuzat” xəbər verir ki, Öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq, önünə gül dəstələri qoyulub, xatirəsi dərin ehtiramla yad edilib.

Qəbul zamanı Sumqayıt şəhəri və Qubadlı rayon sakinlərinin müraciətləri dinlənilib. Müraciətlər arasında işlə təmin olunma, hüquqi yardım, ailə məsələləri, qayğı mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi və digər mövzular yer alıb.

Hər bir müraciət fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Araşdırma tələb edən müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb.