Azərbaycan və Argentina arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə işçi qrupun ikinci iclasının keçirilməsi müzakirə edilib.
“Füyuzat”ın İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, bu müzakirələr iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və Argentinanın Buenos Ayres vilayətinin deputatı Nahuel Sotello arasında keçirilən görüşdə aparılıb.
Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı, o cümlədən sərmayələrin təşviqi və vergilər sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.