Xəbərlər

Ruslan Bayramlı magistraturaya ixtisas seçiminin son statistika və detallarını şərh edib

Məlum olduğu kimi magistraturaya ixtisas seçiminin müddəti uzadılıb. Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən ixtisaslaşma seçimində iştirak etmək istəyən və müsabiqə şərtlərini ödəyən bakalavrlar bu gün saat 13:00dək öz seçimlərini edə bilərlər.

Təhsil eksperti Ruslan Bayramlının“Füyuzat”a bildirdiyinə görə, bakalavrlar ixtisaslaşma seçimi edərkən istəyinə əsasən və bitirdiyi ixtisasa uyğun olaraq 20dək ixtisaslaşma kodunu seçərək “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edib təsdiqləməlidirlər.

Məlumat üçün qeyd edim ki, cari il üçün qəbul planı 17688 yerdir ki, bu yerlərdən 7022 yer dövlət sifarişlidir.

Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən 2026-cı ildə keçirilən imtahanlarda 27859 bakalavr iştirak edib.

Qeyd edim ki, halhazırkı statistikaya əsasən 15673 bakalavr (Azərbaycan bölməsi – 14284, rus bölməsi – 1389) öz ərizəsini təsdiq edib.

Müsabiqəyə yalnız “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.