Ədəbiyyat Xəbərlər

Vaqif Səmədoğlu – Bu külək

Bu külək
yer üzündə əsmiş, əsəcək
küləklərdən
ən qorxulusu deyil hələ.
Sarısından qorxduğum
küçə fanarının işığı
bir anlıq qorxudur,
qorxuların ən qorxulusu deyil hələ.
Qapınız bağlandı…
Ancaq bu qapı
bağlanan qapıların
ən qorxulusu deyil hələ…