Xəbərlər

Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinə start verilir 

Bakı metrosunun gələcək inkişafını müəyyən edəcək ən mühüm layihələrdən biri – Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə avqustun 15-də start verilir.

“Füyuzat” xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Qurumun məlumatına görə, xətlərin ayrılması layihəsi Bakı metropoliteninin gələcək inkişafı üçün strateji zərurətdir.